Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la Cəbəllüttariqin “Linkoln” komandası arasında keçiriləcək cavab oyununun hakim təyinatları açıqlanıb.

Rekord.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Albaniyadan olan hakimlər briqadasına tapşırıb.

Matçın baş hakimi baş hakimi Eldoryan Hamiti olacaq. Ona yan xətt hakimləri Ridiger Çokay və Ani Koçyay kömək edəcəklər. Dördüncü hakim funskiyasını isə Çyapi Kreşnik yerinə yetirəcək.

“Qarabağ”ın “Linkoln”la cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Bu oyunun start fiti saat 20:00-da səslənəcək.