Xəbər verdiyimiz kimi, AFFA bu mövsümdə də "Qəbələ"yə maliyyə yardımı ayıracaq. Artıq bununla bağlı klub tərəfindən rəsmi məlumat da yayılıb.

Rekord.az xəbər verir ki, federasiya öncə ötən mövsüm olduğu kimi, bu mövsümdə də 1.5 milyon manat ayırmağı düşünürdü.

Lakin "Qəbələ" əvəzedici komandanın da bərpasını və I Diviziondakı iştirakını önə çəkərək məbləği artırmağa çalışırdı və uzun müddət idi ki, bununla bağlı müzakirələr gedirdi. Əldə etdiyimiz məlumata görə, Qəbələ təmsilçisi istədiyinə nail olub və AFFA-dan əlavə olaraq yarım milyon da qoparda bilib. Beləliklə, federasiya bu mövsüm üçün "Qəbələ"yə 1.5 milyon yox, 2 milyon manat yardım ayıracaq.