PSJ-nin müdafiəçisi Serxio Ramos zədə səbəbindən ən azı sentyabrın 12-nə qədər oynamayacaq.

Rekord.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

Paris təmsilçisinin mətbuat xidməti məlumatı təsdiqləyib: "Ramos tədricən məşqlərə başlayır. Milli komandalar üçün fasilədən sonra onun meydana qayıdacağı gözlənilir" -deyə bildirilib.

Qeyd edək ki, Ramos PSJ ilə 2023-cü ilin iyununa kimi müqavilə imzalayıb.