İspaniyanın “Real” klubunun iki futbolçusu koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə, yarımmüdafiəçi Luka Modriç və müdafiəçi Marselonun koronavirus testinin müsbət çıxdığı bildirilib.

“Real” La Liqanın 18-ci turu çərçivəsində, dekabrın 20-də “Kadis”i qəbul edəcək.