Hazırda Premyer Liqa və I Divizionda münbarizə davam etsə də “Region Liqası”ndan xəbər yoxdur. Ehtimal var ki, sözügedən liqa, bu mövsüm, ümumiyyətlə, keçirilməsin.

Lakin Rekord.az-a daxil olan son məlumata görə, AFFA bir variant üzərində də düşünür.

Federasiya reqlamenti dəyişib bu mövsümü qısaldılmış formatda keçirmək istəyir. Ya ilin sonunda, ya da 2021-ci ilin fevralında mövsüm start götürür və qısa reqlamentlə mayın sonuna kimi başa çatır. Düzdür, hələlik bu haqda hansısa aktiv müzakirə, qərar yoxdur. Lakin ilkin variantlardan biri kimi, bu məsələ də nəzəedə saxlanılıb.