U-16 Liqasında mövsümə yekun vurulub.

Rekord.az xəbər verir ki, "Sabah" son turda evdə ""Kəpəz"lə qarşılaşıb.

"ASK Arena"da keçirilən oyun bərabərliklə nəticələnib - 2:2. 

Matçdan sonra 2 tur öncə çempionluğu təmin etmiş “Sabah”a qızıl medallar və çempionluq kuboku təqdim edilib.

Mövsümün ən yaxşı oyunçusu seçilmiş “Sabah”ın futbolçusu Babamirzə Mehdiyevə isə xüsusi mükafat verilib.