"Sabah" FK müdafiəçi Bəxtiyar Həsənalızadə ilə yollarını ayırıb. 

Rekord.az xəbər verir ki, futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. 

Bəxtiyar 2021-ci ilin yanvar ayından bu komandanın üzvü idi. O, "Sabah"da çıxış etdiyi müddətdə 58 oyun keçirib, 3 qola imza atıb.