Mövsümlərarası transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, mərakeşli müdafiəçi Sofian Çakla bundan sonra bu komandanın uğurları üçün çalışacaq. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Çakla karyerası ərzində İspaniyanın “Malaqa B” (2012-2014), “Betis B” (2014), “La Roda” (2015-16), “El Ejido” (2016-2017), “Almeria B” (2017-2018), “Melilya” (2018-2019), “Vilyarreal B” (2019-2020), “Vilyarreal” (2020-2021), “Xetafe” (2021), “Ponferradina” (2023), Macarıstanın “Videoton” (2014-2015) və Belçikanın “Leuven” (2021-2022) klublarında çıxış edib. O, Mərakeş millisində 4 oyun keçirib.

Sofian “Sabah”da 44 nömrəli formada çıxış edəcək.