“Neftçi” ilə müqaviləsi bu yay başa çatacaq baş məşqçi Samir Abasov klubdakı gələcəyi barədə danışıb.

Rekord.az xəbər verir ki, o, bu gün Premyer Liqanın 27-ci turunda “Zirə” ilə matçdan (0:1) sonra keçirilən mətbuat konfransında bununla bağlı sualı da cavablandırıb.