Ukrayna çempionu "Şaxtyor" "Palmeyras"ın 20 yaşlı sol cinah müdafiəçisi Kevindən əl çəkmir.

Rekord.az xəbər verir ki, Donetsk klubu futbolçuya 5 milyon avro maaş təklif edib.

Qeyd edək ki, "Palmeyras" keçən həftə Kevinlə müqavilənin müddətini uzadıb və tərəflər arasında razılaşma 2026-cı ilin sonuna qədərdi.