"Sumqayıt"ın növbəti mövsüm üçün hədəfləri böyük olacaq.

Rekord.az-a daxil olan məlumata görə, klubun büdcəsində artım gözlənilir.

Həm əsas sponsor "Azərikimya", həm də şəhər rəhbərliyi komanda qarşısında medallar uğurunda mübarizə tələbini qoyacaq. Burada Mehdi Hüseynzadə adına stadionun yenidən qurulmasının da xüsusi əhəmiyyəti var. Çünki böyük vəsait xərcləyərək yeni stadion tikən şəhər rəhbərliyi burada oynayacaq komandanın da qapazaltı yox, iddialı olmasında maraqlıdır. Maraq üçün deyək ki, "Sumqayıt"ın baş məşqçisi Samir Abasov da saytımıza açıqlamasında bu xəbərlərin əsassıs olmadığını bildirib: "Komandaya dəvət etdiyimiz legionerləri ilk növbədə inandırmağa çalışırıq ki, hazırkı turnir cədvəlinə və mövqeyimizə yox, gələcəyə baxsınlar. Növbəti mövsüm bu komanda belə olmayacaq. Hədəflər böyükdür və gələn mövsümün komandasını qururuq".