"Sumqayıt" klubu Qaraçuxur qəsəbəsində öz akademiyasının filialını açır.

Rekord.az xəbər verir ki, filialın əsas məqsədi Qaraçuxur və ətraf ərazilərdə olan istedadlı uşaqları həmin akademiyaya cəlb etmək, gələcəkdə onları "Sumqayıt" üçün yetişdirməkdi.

Hazırda məkan və məşqçi seçimlərində son tamamlanma işləri aparılır.