Yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı mövcud problemlər hələ də həll olunmayıb.

Rekord.az xəbər verir ki, xüsusilə işıqlandırma məsələsi uzana-uzana gedir.

Həm bu, həm də media sektora internet xəttinin çəkilişi ilə bağlı əlavə işlər görülməlidir. Əldə etdiyimiz məlumata görə, bu problemlərin həlli üçün əlavə xətlər çəkilməlidir. Xüsusilə işıqlandırmanın keyfiyyətini artırmaq üçün əlavə kabelinin çəkilişi mütləqdi. Şəhər icra hakimiyyəti bu işləri "Sumqayıt"ın görməsini istəyir. "Sumqayıt" isə oturduğu yerdə əlavə xərcə düşmək istəmir. Yeganə yol ortaq məxrəcə gəlinməsidir ki, hələlik bu, mümkün olmur.