“Sumqayıt” Futbol Akademiyasının nəzdində fəaliyyət göstərən “Təməl Qrup” ötən gün mövsümdə son məşqinə çıxıb.

Rekord.az xəbər verir ki, 2015-ci ildən daha aşağı yaş qrupundan olan uşaqlar ötən həftədən tətilə buraxılıb.

2015-ci il təvəllüdlü uşaqlar isə bu həftə iki məşqə çıxıb. Bunun da əsas səbəbi sözügedən qrupun yeni məşqiçiyə təhvil verilməsi ilə bağlı olub. Belə ki, 8 yaşını bu il tamamlayacaq 2015-ləri yeni mövsümdən Nicat Tağıyev çalışdıracaq. Məşqin əsas məqsədi də məhz yeni məşqçinin yeni uşaqılar, uşaqların isə yeni məşqçi ilə tanışlığı məqsədini daşıyıb. Məşqin sonunda isə “Təməl Qrupu”un hazlrkl məşqçisi Məhəmməd Alıyev yetirmələri ilə xatirə fotosu çəkdirib və gələcək karyeralarında onlara uğurlar arzulayıb. Bundan sonra 2015-ci illərin rəsmən 1 aylıq tətil günləri başlayıb.