Futbol üzrə İran çempionatında 27-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Zobahan”la qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar - 0:0.

“Traktor” 27 turdan sonra 25 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.