"Tottenhem" yeni qapıçı alıb.

Rekord.az xəbər verir ki, London təmsilçisi "Empoli"dən Qulyelmo Vikarionu transfer edib.

Bu barədə Premyer Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. İtaliyadan olan qapıçı ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.

"Tottenhem" bu transfer üçün İtaliya klubuna 19 milyon avro ödəyib. 

Vikario daha öncə "Udineze", "Kalyari" və "Peruca"da da çıxış edib.