Sabah ölkə kubokunun yarımfinal mərhələsinin cavab matçında "Neftçi" ilə üz-üzə gələcək "Turan Tovuz" azarkeşlərinə çağırış edib.

Rekord.az çağırışın mətnini sizə təqdim edir:


Dəyərli “Turan Tovuz” azarkeşləri!

Məlum olduğu kimi, Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab oyununda komandamız “Neftçi” ilə qarşılaşacaq. Tarixi oyunda həmişəkindən daha çox dəstəyinizə ehtiyacımız var. Odur ki, 26 aprel tarixində hər birinizi “Bakcell Arena”ya, 5 A sektoruna gözləyirik!

Gücümüz dəstəyinizdir!

Əlaqələndici şəxs  Kamal Saqqayev.
Əlaqə nömrəsi: 055 652 82 02