“Venesiya” komandası A Seriyasında yerini qorumaq şansını itirib.

Rekord.az xəbər verir ki, bu gün “Salernitana” “Empoli” ilə heç-heçə etdikdən (1:1) sonra venesiyalılar təhlükəli zonanı tərk etmək üçün riyazi şanslarını itiriblər.

36 matçda 25 xal toplayan “Venesiya” A Seriyasının turnir cədvəlində sonuncu – 20-ci pillədə qərarlaşıb.

Bu gün İtaliya çempionatının 37-ci turu çərçivəsində “Venesiya” səfərdə “Roma” ilə qarşılaşır.