"Səbail"in vitse-kapitanı Adil Nağıyev komandadan ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə qol.az-a 26 yaşlı müdafiəçi özü məlumat verib.

O, başa çatan müqaviləsini yeniləmədiyini bildirib: "Klub yeni müqavilə təklif etdi. Danışığımız oldu, ancaq maliyyə şərtlərində razılaşmadıq. Rəhbərlik də istəyirdi qalım, baş məşqçi də".

Adil Nağıyev hazırda bir neçə klubla danışıq apardığını da bildirib.

Qeyd edək ki, A.Nağıyev 2019-cu ildən "Səbail"də çıxış edirdi.  

Xatırladaq ki, "Səbail" ötən gün baş məşqçi Aftandil Hacıyevlə yolları ayırdığını açıqlayıb.