“Barselona”nın prezidenti Xuan Laporta açıqlama verib.

Rekord.az xəbər verir ki, Laporta Kataloniya təmsilçisinin bu mövsümkü çıxışını dəyərləndirib:

“Lionel Messisiz ilk ilimizi keçiririk. Dünyanın ən yaxşı oyunçusu ilə vidalaşdıq, bu, asan deyil.

Xavini “Barselona”ya olan sevgisinə görə buraya gətirdik. O, futbolçulara güvənir.

Özü bizim akademiyamızda yetişib və ilk çempionluğunu burada qazanıb. Bir baş məşqçi kimi “Barselona”nın oyun üslubunu və fəlsəfəsini yaxşı bilir”.