İtaliyanın "Yuventus" klubu futbolçusu Adrian Rabyo ilə müqavilənin müddətini uzadıb.

Rekord.az Turin təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

2019-cu ildən "Yuventus"da çıxış edən Rabyo 2018-ci ildə Fransa milisi ilə dünya çempionatının qalibi olub.