Almaniyanın Bundesliqa təmsilçisi "Union Berlin" baş məşqçisi Nenad Belitsa ilə yollarını ayırıb.

Rekord.az bu barədə Berlin klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

52 yaşlı mütəxəssislə yanaşı, köməkçiləri də komandadan göndərilib. Onu müvəqqəti olaraq Marko Qrotenin əvəz edəcəyi diqqətə çatdırılıb.

Xorvatiyalı 2023-cü ilin noyabrında Berlin klubunda çalışırdı.

Paytaxt təmsilçisi Bundesliqada 30 xalla 15-ci pillədə qərarlaşıb.