"Mançester Siti"nin yeni forması - FOTOLAR
- 2022-05-20 13:21
- 356
"Mançester Siti" 2022/23 mövsümündə ev oyunlarında geyinəcəyi formanı təqdim edib.
Rekord.az xəbər verir ki, geyim komandanın 1960-70-ci illərdəki uğurlarına həsr olunub.
Forma mavi rəngdədir. Onun boğaz və qol hissəsində qırmızı və ağ rəngli zolaqlar var.
Xatırladaq ki, 1960-1970-ci illərdə “Mançester Siti” İngiltərədə bütün milli kubokları, 1970-ci ildə isə UEFA Kubok Qalibləri Kubokunu qazanmışdı.