![photo](https://rekord.az/uploads/5/72449063-a0fd-3e6e-86d1-1ac6449f0077-850-600x300.jpg)
Millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək
- 2024-04-16 11:20
- 153
Azərbaycanın futzal millisi bu gün növbəti beynəlxalq yoldaşlıq oyununu keçirəcək.
Rekord.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda Tiflis İdman Sarayında Gürcüstan yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Millimiz iki gün əvvəl bu rəqibə 2:3 hesabı ilə uduzub.