“Qarabağ”ın oyununa bilet satışına sabah start veriləcək
- 2024-03-27 22:46
- 147
Azərbaycan Premyer Liqasının 28-ci turunda keçiriləcək “Kəpəz” – “Qarabağ” qarşılaşmasının biletləri sabah saat 12:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq.
Rekord.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər sabah iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.