"Neftçi"nin iki futbolçusu "Qəbələ"yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının 28-ci turunun matçını buraxacaq.

Rekord.az xəbər verir ki, bərpa prosesini davam etdirən qapıçı Emil Balayevlə yanaşı, əzələ gərilməsi diaqnozu ilə müalicə alan macarıstanlı müdafiəçi Mark Tamaş həmin oyunda iştirak etməyəcək.

Martın 29-da keçiriləcək “Qəbələ” – “Neftçi” oyunu saat 16:30-da başlayacaq.