Bir müddət bundan əvvəl "Qəbələ" ilə AFFA arasında pul köçürməsi ətrafında problem yaranması haqda məlumat vermişdik. Belə ki, Elxan Məmmədovun gedişindən sonra aylıq ödənişdən əlavə, növbəti mövsüm komandaya federasiya tərəfindən maliyyə yardımının ayırılıb-ayırılmayacağı da sual altına düşüb.

 

Rekord.az xəbər verir ki, əvvəl bütün bu məsələlərə birbaşa Məmmədov nəzarət edirdi və sənədlərə o qol çəkirdi.

 

İndi isə de-yure bu səlahiyyət Sərxan Hacıyevdə olsa da, hər kəs bilir ki, bu şəxsin Elxan Məmmədov qədər çəkisi yoxdur və de fakto o səlahiyyətin sahibi deyil ki, hansısa kluba pul ayırılması ilə bağlı qərar versin. Məhz bu səbəbdən bütün suallar açıq qalmaqdadır. Bunun üçün AFFA-da idarəçiliklə bağlı suallara aydınlıq gəlməlidir. Buna görə də "Qəbələ" ilə AFFA arasında maliyyə yardımı ilə bağlı müzakirələr hələ ki, baş tutmayıb. Hər şey federasiyada idarəçiliklə bağlı suala aydınlıq gələndən sonra məlum olacaq.