Tanınmış yazıçı Varis Yolçuyev U-21-lərin hazırda davam edən Avropa çempionatında Gürcüstan millisinin Niderlandla heç-heçə oynayıb Portuqaliya və Belçikanın da yer aldığı qrupdan lider kimi çıxmasına münasibət bildirib.

Rekord.az xəbər verir ki, o, Azərbaycan U-21-nin də bərbad durumuna toxunub bu paylaşımı edib:

"Gürcüstanın futbol üzrə U21 yığması Avropa birinciliyində Belçika, Hollandiya və Portuqaliya kimi devlərlə bir qrupa düşdüyü halda qrup birincisi oldu. Bu gənclər növbəti illərdə birinci yığmanı çox-çox irəli daşıyacaqlar. İllərdir gürcülər qəpik-quruşla futbolu inkişaf etdirir, gənc ulduzlar yetişdirirlər. Amma İllərdir bizdə milyardlar dövr eləyən futbol bir ovuc funksioner üçün mənimsəmə mənbəyinə çevrilib. Stadionlarda biabırçı məğlubiyyətlərə uğrayan Azərbaycan yığması üçrəngli bayrağımıza hörmətsizlik gətirməkdə, milyonlarla futbolsevərə əsəb, ürək ağrısı bəxş etməkdədir. Uşaq futbolu isə tamamən böhran məngənəsindədir. O gürcülər, bu da biz".