"Mançester Siti" heyətini yeni oyunçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, "şəhərlilər" "Çelsi"dən Mateo Kovaçiçi transfer ediblər.

Bu barədə Mançester klubunun rəsmi saytı məlumat yayıb.

Xorvatiya millisinin yarımmüdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. Bu transfer üçün "Mançester Siti" London klubuna 30 milyon avro ödəyib.

29 yaşlı futbolçu 2019-cu ildən "Çelsi"də çıxış edirdi.