Millidə yeni baş məşqçi
- 2024-10-24 21:04
- 56
Danimarka milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az Danimarka Futbol Assosiasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, skandinaviyalıları bundan sonra Brayan Rimer çalışdıracaq.
O, yeni komandası ilə 2 illik müqavilə imzalayıb.
Danimarka millisinə son olaraq Kasper Yulmann rəhbərlik edib.