Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsində Slovakiya yığması ilə keçirəcəyi ev oyununun yeri müəyyənləşib.

Rekord.az xəbər verir ki, C Liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 14-də təşkil olunacaq 4-cü turun görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Qarşılaşma saat 20:00-da başlayacaq.