"Napoli" futbolçusu Maykl Folorunşo ilə müqaviləsini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə yeni sözləşmə 2029-cu il iyunun 30-na kimi nəzərdə tutulub.

Folorunşo 2019-cu ildən "Napoli"nin futbolçusudur. O, ötən mövsümü icarə əsasında “Verona”da keçirib. 

Yarımmüdafiəçi Almaniyada keçirilən 2024-cü il Avropa çempionatında İtaliya millisinin heyətində çıxış edib. O, Albaniya ilə oyunda (2:1) meydana çıxıb.