UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək “DAC 1904”(Slovakiya) - “Zirə” oyunundan əvvəl Azərbaycan komandasının mətbuat konfransı və məşqinin vaxtı dəqiqləşib.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, iyulun 31-də keçiriləcək mətbuat konfransı Bakı vaxtı ilə 20:00-da, oyunöncəsi son məşq isə 20:30-da start götürəcək.