"Səbail" rəhbərliyindən bic addım: buna görə futbolçular səsini çıxara bilmir
- 18 Okt 2019 18:00
- 1499
Daha öncə "Səbail"də mükafat sisteminin ləğv olunduğunu xəbər vermişdik.
Rekord.az xəbər verir ki, bununla bağlı rəsmi heç nə yoxdur.
Futbolçulara deyilir ki, maddi durum yaxşı deyil və hər şey yoluna düşəndə mükafatlar da veriləcək. Amma əslində bu gedişlə nə maddi durum düzələnə oxşayır, nə də mükafat verilənə. Bəs futbolçular bu duruma niyə etiraz etmir? Maaşa görə "üsyan" edənlər mükafata görə ağızlarına su alıb durub. Əldə etdiyimiz məlumata görə, bunun da səbəbi var. İş ondadır ki, mövsümün əvvəlində müqavilə bağlananda rəhbərlik bic tərpənib və bununla bağlı müqaviləyə heç bir bənd daxil edilməyib. Yəni müqavilələrdə elə bir bənd yoxdur ki, komanda udanda futbolçular mükafat almalıdır. Buna görə də futbolçular bu məsələ ilə bağlı hay-küy qaldıra bilmir.