Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand çempionatında növbəti oyununa çıxıb.

Rekord.az xəbər verir ki, sğzügedən komanda 9-cu tur çərçivəsində evdə “Pathum Yunayted”lə qarşılaşıb.

Oyun heç-heçə başa çatıb – 0:0. Start heyətdə meydana çıxan Şeydayev sonadək oynayıb.

“Buriram Yunayted” hazırda 16 xalla 4-cü pillədə qərarlaşıb.