"Sumqayıt" Avropada, xüsusilə də Macarıstanda yaşayan həmvətənlilərimizə çağırış edib. 

Rekord.az xəbər verir ki, klub bu barədə rəsmi sosial media hesabınlarında post paylaşıb. 

Bildirilib ki, UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində baş tutacaq "Fehervar" - "Sumqayıt" matçını izləmək istəyən azarkeşlər link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçən azarkeşlər Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən biletlə təmin olunacaq.