Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt”ın rəqibi olan “Fehervar” Macarıstan çempionatında mövsümün ilk oyununa çıxıb.

Rekord.az xəbər verir ki, komanda səfərdə “Keçkemet”lə qarşılaşıb. Matç 0:0 hesabı ilə yekunlaşıb.

Xatırladaq ki, “Fehervar” ilk görüşdə “Sumqayıt”a 2:1 qalib gəlib. Cavab oyunu isə iyulun 31-də Macarıstanda keçiriləcək.