"Turan Tovuz" "Qəbələ"nin gənc müdafiəçisi İbrahim Ramazanovla müqavilə bağlayıb.


Rekord.az-a daxil olan məlumata görə, İbrahim "Qarabağ"ın da maraq dairəsində olub və bu klubun düşərgəsində də olub.


Lakin Ağdma təmsilçisi sonradan fikirini dəyişib. Daha doğrusu, bizdə olan məlumata görə, "Qarabağ" futbolçu ilə müqavilə bağlayıb bir müddət onun əvəzedici komandada oynamasını istəyib. Futbolçu isə bunu istəməyib və düşərgədən ayrılıb.  Sonra isə "Turan Tovuz" dövrüyəyə girərək, Ramazanovla müqavilə bağlayıb.