“Liverpul”un müdafiəçisi Vircil van Dayk “Mançester Siti”nin futbolçusu Erlinq Haland haqqında danışıb.

Rekord.az xəbər verir ki, o, MS ilə oyunda Halandı “bağladıqlarını” deyib:

“Haland müdafiəçilərin həyatını çətinləşdirir. O, Premyer Liqanın müdafiəçilərinin həyatını dəhşətli edəcək.

Lakin biz oyun zamanı onu “bağlaya” bildik. Onun yalnız bir, maksimum iki şansı var idi”.

Haland bu yay Dortmund “Borussiya”sından transfer edilib. Onun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilə qədərdir.

Norveçli futbolçu “Mançester Siti”nin heyətində İngiltərə superkubokunda debüt etsə də, “Liverpul”a qol vura bilməyib. “Liverpul” 3:1 hesabı ilə qalib gəlib.