“Mançester Yunayted”in və “Real”ın sabiq müdafiəçisi Rafael Varan “Komo”ya transfer olunub.

Rekord.az xəbər verir ki, bu barədə A Seriyası klubunun saytı məlumat yayıb.

31 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalanıb.

Fransalı müdafiəçinin 2021-ci ildən çıxış etdiyi “Mançester Yunayted”lə müqaviləsi iyunun 30-da başa çatmışdı. Ötən mövsüm Varan bütün turnirlərdə 32 matçda iştirak edib və 1 qol vurub. 

Ötən mövsüm Sesk Fabreqasın baş məşqçisi olduğu "Komo" B Seriyasında ikinci yeri tutaraq İtaliyanın elitasına yüksəlib.