Gədəbəy rayon Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Gədəbəy rayon Gənclər və İdman sektorunun, Gədəbəy rayon Respublika Kompleks Uşaq-Gənclər İdman Məktəbinin və Gədəbəy rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə stolüstü tennis üzrə 8-12 yaşlı oğlanlar arasında rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, turnirdə 16 nəfər iştirak edib.

Yarışda yüksək nəticə əldə etmiş idmançılar diplom və medallarla təltif edilib.