"Beşiktaş" heyətinə yeni oyunçu cəlb edib.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq "Benfika" oynayan Rafa Silva ilə 3 illik müqavilə imzalanıb.

31 yaşlı hücumçunun İstanbul klubunda hər mövsüm üçün 6 milyon avro qazanacağı da açıqlanıb.

Portuqaliya millisinin sabiq üzvü 2016-cı ildən "Benfika"da çıxış edirdi. O, daha əvvəl "Feyrense" və "Braqa"da da oynayıb.