"Turan Tovuz" futbolçusu Xəyal Nəcəfovla yeni müqavilə imzalayıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son iki mövsümü Tovuz təmsilçisinin heyətində keçirən yarımmüdafiəçi ilə 2+1 illik müqavilə bağlanılıb.

26 yaşlı futbolçu “Turan Tovuz”un heyətində Premyer Liqada 57 oyunda meydana çıxıb.