Son günlər "Qəbələ"nin də AFFA-nın nəzarətinə keçəcəyinə dair söhbətlər dolaşır. Daha doğrusu, federasiya kluba sponsor tapmaq istəyir və "Qəbələ" rəhbərliyi də buna pis baxmır. Belə olacağı təqdirdə, təbii ki kluba nəzarət də federasiyanın əlinə keçəcək. Təsadüfi deyil ki, artıq mətbuatda AFFA-dan "Qəbələ"yə rəhbər gedəcək şəxslərlə bağlı versiyalar da səslənir.

 

Rekord.az-ın əldə etdiyi məlumata görə isə federasiya klub qarşısında başqa şərt də qoyub.

 

"Qəbələ"yə AFFA sponsor tapsa və ya birbaşa özü sponsorluq eləsə, eyni zamanda klubun bazasından da təmənnasız istifadə haqqına sahib olacaq. Yəni AFFA istədiyi vaxt istənilən milli komandanı təlim-məşq toplanışı keçmək üçün Qəbələyə göndərə biləcək.