Bu yaxınlarda "Qarabağ"ın saytına açıqlama verən müdafəçi Bədavi Hüseynov noyabrın sonlarından etibarən kollektov məşqlərə qoşulacağını söyləyib. Daha doğrusu, həkimlər ona bunu deyib. Bu isə o deməkdir ki, futbolçu komandasının dekabr ayına təsadüf edəcək oyunlarında meydançaya çıxa bilər.

Lakin Rekord.az-a daxil olan məlumata görə, Qurban Qurbanov bu riskə getmək istəmir.

Düzdür, hər şey sağalma prosesinin sürətindən və futbolçunun bərpa prosesindən asılı olacaq. Amma Qurbanov müdafiəçini qış təlim-məşq toplanışına kimi yükləmək istəmir. Bu mənada onun dekabrdakı oyunlarda oynayacağı sual altındadır.