Dünya əfsanəsi “Nou Kamp” YAZI + FOTOLAR
- 24 Apr 2020 17:00
- 2311
“Kamp Nou” adı katalon dilindən tərcümədə “yeni torpaq” deməkdir. Çox vaxt bu stadionu “Nou Kamp” kimi təqdim edirlər. “Nou Kamp” dedikdə göz önündə “Barselona”, “Barselona” dedikdə isə “Nou Kamp” gəlir. Arenanın açılışı 1957-ci ildə olub. Həmin vaxt bura “Estadi del FC Barcelona” adlanırdı. Lakin bir müddət sonra arena məhz “Nou Camp” kimi səslənməyə başladı. Tam olaraq, rəsmi surətdə “Kamp Nou” adını isə 2000–ci ildən etibarən qazandı. “Nou Kamp” böyüklyünə görə təkcə İspaniyada deyil, həmçinin bütün Avropada seçilir. Burada eyni anda 98 772 tamaşaçı oyuna baxa bilər. Təsadüfi deyil ki, UEFA – nın verdiyi qərara əsasən bu futbol meydançası beş ulduza layiq görülmüşdür.
Stadion tikilərkən “Barselona”nın prezident kreslosunda Fransesk Miro – Sans əyləşmişdi. O, gələcək “Nou Kamp”ın layihəsini köhnə “Camp de Les Corts”un yerində tikərək onu əvəz etmək fikrinə düşdü. Həmçinin bu futbol meydançasının tikilməsinin əsas səbəblərindən biri də bu şəxsin rəqiblərindən olan Madrid “Real”nın həmin dövrdəki prezidentinin “Estadio Chamartin” adlı stadion tikdirməsi idi. Maraq üçün qeyd edək ki həmin stadion hazırda dünyaca məşhur olan başqa bir ispan stadionu “Santyaqo Bernabau”dur.
Arenanın ilk təməl daşı 1953 – cü ilin mart ayında atıldı və ilkin büdcə 67 milyon peset dəyərində hesablanmışdı. Lakin layihə hazırlanarkən torpaqda müəyyən dəyişikliklərin ediləcəyi düşünülməmişdi və məhz buna görə də sonradan müəyyən çətinliklər meydana gəldi, tikintinin vaxtı uzandı və stadiona ayrılmış maliyyə vəsaiti də çoxaldı. Nəticədə isə ümumi sərf edilmiş büdcə 288 milyona qədər çatdı. Həmçinin klubun tikintiyə olan xərclərinin ödənilməsi üçün “Les Corts” stadionu da satıldı. Amma maliyyə problemi yenə də tam olaraq ödənilmədi. Nəticədə klubun futbolçuları da başqa komandalara üz tutmağa başladılar. Bir sözlə arenanın tikintisi bir sıra problemlərə yol açsa da onu tikib başa çatdırmaq mümkün oldu. Beləliklə, stadionun açılışı 24 sentyabır 1957 – ci ildə baş tutdu. Həmin gündən etibarən “Barselona” öz keçmiş stadionu ilə vidalaşdı və yeni “Nou Kamp”a köçdü. Bu arada qeyd edək ki, yeni arenanın istifadəyə verilməsi klub azarkeşlərinin də ürəyincə oldu. Çünki köhnə “Les Corts” stadionun tutumu az olduğundan oyunlara gələn azarkeşlərin bir çoxu ya ayaq üstə qalırdı ya da qapı arxasında. Lakin “Nou Kamp”ın tutumu artıq 90 000 idi.
Stadionun ad məsələsinə gəlincə, əvvəllər buraya klubun yaradıcı olan Hans Hamperin adının veriləcəyi gözlənilirdi. Lakin daha sonra alınmış qərara əsasən daha neytral ad seçimi oldu: “Estadio del Club de Futbol Barcelona” (Stadion FK Barselona). İnsanlar arasında isə stadion “Kamp Nou” kimi tanınmağa başlandı. Çünki bəzən bu ad “yeni stadion” kimi də tərcümə edilirdi. Həmin dövrə görə bura “Les Corts” meydançasından yeni və müasir idi. Stadionun açılışından səkkiz il sonra klub prezidenti Enrik Laudet müzakirələr aparmaq üçün azarkeşləri bir araya topladı. Həmin vaxt arenaya xüsusi ad verilməsi üzərində qızğın danışıqlar getdi. İrəli sürülən təkliflər içərisində “Estadi Barça” və “Estadi Capm Nou” da yer almışdı. Lakin daha çox səsi “Estadio del KF Barselona” qazandı. Bütün bunlara baxmayaraq, 2001-ci ilə bu məsələ yenidən müzakirəyə çıxarıldı. Məhz bu ildə klubun prezidenti olan Xuan Qaspar yenidən adla bağlı müzakirələr keçirdi. Nəticədə şəhər əhalisi, fanatların böyük qismi və jurnalistlər daha çox “Kamp Nou” adına üstünlük. Qaspar dab u qəraraı dəstəkləyincə, 2001-ci ildən bu yana “Kamp Nou”, yaxud hamının dilinin öyrəşdiyi “Nou Kamp” adı qüvvəyə mindi.
2007 – 2008 ci il mövsümündə 50 illik yubuleyi olan stadionun görünüşü xüsusi formada hazırlanmışdı.
Arenada açılış oyunu da 24 sentyabır 1957 – ci ildə “Barselona” ilə Polşanın “Legiya” klubu arasında oynanılmışdır. Kataloniyalılar həmin matçı 4:2 hesabıyla qalib bitirmişdilər. İlk rəsmi oyun isə həmin ilin 6 oktyabrında İspaniya çempionatının növbəti turu çərçivəsində oynanılmışdı. Xaen “Real”ını qəbul edən “Barselona” rəqibini 6:1 hesabıyla məğlub etmişdi . Vurulan qolların sahibləri isə Vilvard, Texada, Kubala və Euloxio Martines oldu.
Bu arada qeyd edək ki, “Nou Kamp” bir neçə dəfə təmirə bağlanılmışdır. İlk dəfə bu 1981 – ci ildə baş verdi və səbəb 1982-ci il dünya çempionatına hazırlıq idi. Yəni arena mundial öncəsi təmirə bağlanmışdı. Təmir sırasında arenanın tutumu da artırılaraq 120 000-ə çatdırıldı. Növbətio dəfə arenanın təmirə bağlanması 1998-ci ildə baş tutdu. Bu isə birbaşa UEFA tərəfindən qoyulan qanunlarla bağlı idi. Yəni “Nou Kamp”da azarkeşlər üçün oturacaqlar daha rahat və xüsusi formada olmalı idi. Məhz ikinci yenidənqurmadan sonra tutum da yenidən azaldıldı. Hazırda “Nou Kamp”ın tutumu 98 934 nəfərdi. Futbol meydançasının tam sahəsi isə 105x68 metr hesablanmışdır. Həmçinin sözügedən arena UEFA tərəfindən çox az sayda beş ulduz adı verilən Avropa stadionlarından biridir. Hazırda stadionun hündürlüyü 48 metr, ümumi hissəsi isə 55 000 kv metr hesablanmışdır. Uzunluğu 256, eni isə 220 metr sayılır. Ümumilikdə beş dəqiqə ərzində bütün tamaşaçıların arenadan çıxarılması mümkündür.
Qeyd etdiyimiz kimi, “Nou Kamp” dünyanın ən müasir stadionlarından biri sayılır. Stadionun ərazisində xüsusi xidmət mərkəzləri fəaliyyət göstərir. Klub prezidentinin və rəhbərliyinin ofissi də burada yerləşir. Arenanın ərazisindəm kluba məxsus muzey də arenaya gələnlərin xidmətindədir. Bu muzey Kataloniyada ən çox səfər edilən yerlərdən sayılır. Muzey həmçinin arenanın əsas komplekslərindən sayılır. Gənc futboolçuların yüksək səviyyədə məskunlaşdırılması üçün də arena daxilində xüsusi bölüm var. “La Masiya” adlanan həmin yerdə klubun ən gənc oyunçuları qalır. Stadionun “Palau Blauqrana” korpusunda 8 000 tamaşaçı yerləşdirilə bilər. Burada basketbol, həndbol, xokkey və mini futbol məşqləri keçirilir. 2007 – ci ilin sentyabrında qəbul edilmiş layihəyə əsasən stadion 50 illik yubuleyi ilə əlaqədar yenidən təmir ediləcəkdir. Bunun üçün beynəlxalq səviyyədə müsabiqə keçirildi və həmin müsabiqədə 80 memar öz işini təqdim etdi. Müsiflər heyyətinə klubun xüsusi üzvləri, dövlət adamları və Katalonya Memarları Assosiyasiyasının üzvləri də qatıldılar. 18 sentiyabr 2007 – ci ildə yekun qərar verildi və qalib tanınmış ingilis firması olan “Fosters” və onun şərikləri oldu. Bu şirkət eyni zamanda “Uembli” stadionu, “Viaduka Miyo”, “Kolserol” qalası və Nyu Yorkun mərkəzində tikilən ticarət mərkəzinin də memarı sayılırdılar.Lahiyənin büdcəsi 250 milyon avro dəyərində götürülüb. Hazırda yenidənqurma işləri davam etməkdədir və onun tam olaraq 2012-ci ilə kimi başa çatacağı gözlənilir.
Stadionun yeni simasə isə bu cür olacaq: Tutum 98 000 yaxud 106 000. Vip lojada 14 000 – dən artıq yer ayrılacaq. Həmçinin tribunanı qoruyan hərəkət edici tavan da olacaq. Fasadlarda karbonatdan hazılanmış daş pilitələr və şüşələr yerləşdiriləcək ki, bunlar da işıq effektinin çox asanlıqla yerinə yetrilməsi üçün vacibdir. Bu effektinə görə “Alyans Arena”dan seçiləcək. Ən özəl azarkeşlər üçün tribunadakı yerlərinə qalxmaları üçün eskalatorlar və liftlər hazırlanacaq. Əlillər üçün xüsusi yerlər də nəzərdə tutulub
1982 – ci ildə dünya çempionatı İspaniyada keçirilib. Həmin ilin 13 iyun tarixində öncə stadionda açılış mərasimi baş tutdu. Daha sonra isə Argentina və Belçika milliləri qazona ayaq basdılar. Bekçikanın 1:0 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada ən diqqət çəkən məqam tribunlara cəmi 9500 azarkeşin gəlməsi oldu. Ümumilikdə mundial ərzində bu stadionda beş oyun oldu və yeddi qol vuruldu. Həmin müddət ərzində “Kamp Nou” stadionuna 320 000 tamaşaçı səyahət etdi ki, onlardan 64 000 sırf futbola baxmaq üçün təşrif buyurmuşdular. Yerdə qalan hissə isə futbola baxmaqla bərabər turist kimi stadionun tarixi ilə də maraqlanmışdı.. Stadionda baş tutan oyunlar isə aşağıdakılar idi:
13 iyun birinci tur – Argentina-Belçika 0:1 – 9500 tamaşaçı
28 iyun ikinci tur – Polşa-Belçika 3:0- 65 000 tamaşaçı
1 iyul ikinci tur – Belçika-SSRİ – 0:1 45 000 tamaşaçı
4iyul ikinci tur – Polşa-SSRİ – 0:0 65 000 tamaşaçı
8 iyul 1/2 final – Polşa-İtaliya –0:2 50 000 tamaşaçı
“Nou Kamp” eyni zamanda Olimpiya oyunlarına da ev sahibliyi edib. Belə ki, 1992 – ci il 8 avqust tarxində yay Olimpiyada oyunlarının futbol üzrə final matçı da çəhz bu arenada baş tutdu. Həlledici qarşılaşmada İspaniya Polşanı 3:2 hesabıyla məğlub edərək Olimpiya çempionu adını qazanmışdı. Bundan başqa, 1999-cu il Çempionlar Liqasının dramatik “Bavariya”-“Mançester Yunayted” finalı da məhz “Nou Kamp”da keçirilmişdi.