Ötən ilin sonlarına doğru AFFA "Elit məşq" layihəsinə yenidən start verdi. İlk mərhələ Bakıda baş tutdu. Halbuli bu mərhələ Sumqayıtda keçirilməli imiş və bütün Şimal zonasını əhatə etməli imiş

Rekord.az-a daxil olan məlumata görə bu təkliflə "Sumqayıt" klubu çıxış edib.

Təklif təşkilatçılar tərəfindən də bəyənilib. Lakin sonradan "Sumqayıt"a "yox" cavabı verilib. Buna səbəb isə milli komandaların direktoru Bernhar Lippertin "Elit məşq"in Sumqayıta keçirilməsini istəməməsi olub. Almanın niyə belə qərar veriyinin səbəbi isə bilinmir.