Gənclər və idman naziri Fərid Qayıbov ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində bir sıra idman mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb.

Rekord.az xəbər verir ki, Yardımlı Olimpiya İdman Kompleksinin mövcud vəziyyəti ilə tanış olan nazir buradakı şərait və idman bölmələrinin təşkili barədə mütəxəssislərlə fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib.

İdmançıların məşq prosesini izləyən Fərid Qayıbov onlarla söhbət edib.