I Divizion təmsilçisi "Neftçi-2" qış hazırlığı çərçivəsində yoxlama görüşü keçirəcək.

Rekord.az xəbər verir ki, "ağ qaralar" "Araz Naxçıvan"la üz-üzə gələcək.

Fevralın 1-ə planlaşdırılan qarşılaşma "Neftçi"nin Bakıxanov qəsəbəsindəki yeni bazasında baş tutacaq.