Regekampfı baş məşqçi postuna gətirən "Neftçi" transfer çalışmalarına başlayıb.

Rekord.az xəbər verir ki, yeni transferlərlə yanaşı, klubla müqaviləsi başa çatan oyunçularla da yeni müqavilələr bağlanılır.

Bu futbolçulardan biri də Mamadu Mbodjdu. Gəldiyi gündən stabil oynamayan, zaman-zaman tənqidlərə tuş gələn müdafiəçinin gedəcəyi gözlənilsə də, "Neftçi" ona yeni müqavilə təklif edib və futbolçu da bu təklifi qəbul edib.